​Belarus Ukrayna taxılına qapılarını açdı

​Belarus Ukrayna taxılına
16:15 10.12.2022
A- A+

Belarus ilkin şərt olmadan Litva limanlarından sonrakı ixrac üçün Ukraynadan taxılın öz ərazisindən tranzitinə icazə verəcək.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

O bildirib ki, bu haqda Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç Nyu Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşü zamanı məlumat verib.