​Amerikalılar nə Baydeni istəyir, nə də Trampı

​Amerikalılar nə Baydeni istəyir,
16:30 10.12.2022
227 Siyasət
A- A+

ABŞ Prezidenti Co Bayden və sabiq lider Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd olma ehtimalı mövcuddur.

CNBC telekanalı ölkədəki növbəti prezident seçkiləri ilə bağlı sorğu keçirib.

İştirakçılara Bayden və Trampın yenidən prezident olub-olmaması ilə bağlı sorğu ünvanlanıb.

Sorğuda iştirak edənlərin 61%-i Trampı yenidən namizəd kimi görmək istəmədiyini açıqlayıb. Bu göstərici Bayden üçün 70% kimi qeyd olunub.

Baydeni prezident kimi görmək istəməyənlərin 47%-i yaş faktorunu əsas göstərib.