​Azərbaycanda iş axtaran tələbə işə düşdü - 127 min vergi borcu yarandı (VİDEO)

​Azərbaycanda iş axtaran tələbə işə düşdü -
18:15 10.12.2022
197 Ölkə
A- A+

Azərbaycanda iş axtaran tələbənin başına iş gəlib.

Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Ümid Rüstəmov işə düzəlmək məqsədilə şəxsi məlumatlarını başqa bir şəxsə ötürüb. Sonra məlum olub ki, onun adına şirkət açılıb və müəssisənin 127 min manat vergi borcu var.

Mövzu ilə bağlı Xəzərxəbər-ə danışan Ümid Rüstəmov deyir ki, bir müddət əvvəl iş axtararkən elan qruplarından birinə daxil olub və iş üçün elan sahiblərindən biri ilə əlaqə saxlayıb. Elə olanlar da bundan sonra baş verib.

İşə düzəlmək üçün şəxsi məlumatlarını qarşı tərəfə verən Ümid Rüstəmovun sözlərinə görə, ona məxsus ASAN imza və şəxsiyyət vəsiqəsi ilə şirkət açılıb. Hazırda şirkətin külli miqdarda vergi borcu yaranıb. Bu səbəbdən onun ölkədən çıxışına da qadağa qoyulub.

Magistr təhsilini xaricidə almaq istədiyini bildirən Ümid Rüstəmov deyir ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına həm elektron, həm də yazılı şəkildə müraciət edib.

Ətraflı süjetdə: