​Mərakeş yığması dünya çempionatlarında ilkə imza atıb

​Mərakeş yığması dünya çempionatlarında
21:15 10.12.2022
272 İdman
A- A+

Mərakeş millisi dünya çempionatları tarixində yarımfinal mərhələsinə vəsiqə qazanan ilk Afrika təmsilçisi olub.

Yığma buna Qətərdə keçirilən mundialda yiyələnib.

Mərakeş DÇ-2022-nin 1/4 finalında Portuqaliyanı 1:0 hesabı ilə üstələyib.

Afrikalılar növbəti raundda Fransa - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.

Mərakeşdən əvvəl Kamerun (1990), Seneqal (2002) və Qana (2010) 1/4 finalda iştirak etsə də, mərhələ adlaya bilməyib.