​İranda 4,7 bal gücündə zəlzələ olub

​İranda 4,7 bal gücündə
13:00 11.12.2022
227 Dünya
A- A+

İranın qərbində 4,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 111 min insanın yaşadığı Mesdjede-Soleiman şəhərindən 87 km cənub-qərbdə, 57 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.