Nahardan sonra göz qapaqlarınız ağırlaşır? Şirniyyat yemək istəyirsiniz? Yorğunluq hiss edirsiniz? Bu enerjinizin azaldığının göstəricisidir.
1. Səhər yeməyini atlamayın
Nə qədər iştahsız olsanız belə, səhər yeməyindən vazkeçməyin. Xüsusuilə də, proteyin qəbulu sizi uzun müddət tox tutacaq və yorğunluğunuzun qarşısını alacaq. Ağ çörək, meyvə suyu, ağ undan hazırlanmış şirniyyatları səhər qəbul etməyin. Bu insulin dirəncinizi pozaraq gün ərzində yorğun qalmağınıza səbəb olacaq.
2. Qanınızı "hərəkətə gətirin"
Xüsusuilə də, oturaq işdə çalışanlar yorğunluqdan şikayət edir. Yerinizdən qalxıb 5-10 dəqiqə gəzmək və ya nəfəs hərəkətləri sizi özünüzə gətirəcək.
3. Çərəzləri süfrənizdən əksik etməyin
Çərəzləri, xüsusilə də maqnezium və fol turşusu ilə zəngin badam, fıstıq enerjinizi bərpa edəcək və tez acmağınızı əngəlləyəcək.
4. Su için
Əksər hallarda yorğunluğun tək səbəbi bədənin susuz qalmasıdır. Gün ərzində 2 litr su içməyə vərdiş edin.
5. Nanə və darçın çubuğu qoxulayın
Çantanızda bu iki ətirli bitkini əksik etməyin. Stresi azaltmaq, əhval ruhiyyəni artırmaq üçün bu qoxulardan istifadə edin.