​Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

​Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin məzarını
09:55 12.12.2022
238 Ölkə
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.