​"Qanunsuz istismar edilən mədənlərin qaytarılmasını tələb edirik" - ETSN yanında İctimai Şuranın üzvü

​
11:30 12.12.2022
262 Siyasət
A- A+

Biz ekoloji terrora “yox” demək üçün Şuşada etiraz aksiyası keçiririk.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, “Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək” İctimai Birliyinin sədri Aynur Zülfüqarova deyib.

 

“Biz dinc şəkildə etiraz aksiyası keçiririk. Dinc şəkildə öz torpağımızda öz tələblərimizi səsləndiririk. Ekoloji terrora “yox” deyirik!”, - Aynur Zülfüqarova əlavə edib.

Onun sözlərinə görə, Ermənistanın işğalından azad edilmiş ərazilərdə 150-dən çox faydalı qazıntı yatağı olub ki, bunun da təxminən 60-ı qanunsuz şəkildə istismar edilib.

“Tələb edirik ki, qanunsuz istismar edilən mədənlərimiz özümüzə qaytarılsın. Təəssüf ki, sülhməramlılar bizim aksiyamıza təzyiq göstərirlər”, - ETSN yanında İctimai Şuranın üzvü vurğulayıb.

Aynur Zülfüqarova Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkova müraciət ünvanlandığını da xatırladıb.

Mənbə: APA