​Yaponiyada ilin simvolu seçildi

​Yaponiyada ilin simvolu
11:48 12.12.2022
343 Maraqlı
A- A+

Yaponiyada 2022-ci ilin təsviri simvolu “döyüş” mənasını verən “ikusa” heroqlifi seçilib. 

Yazılması mərasimi Kiotodakı Buddist Saf Su Məbədində keçirilib və yerli telekanallar vasitəsilə yayımlanıb. Simvolun seçilməsi səbəbləri arasında, Ukraynadakı hərbi əməliyyatlar, Pekində keçirilən Qış Olimpiya Oyunlarında yapon idmançılarının uğurlu çıxışı, xüsusilə də koronavirus olub.

Sorğuda 220 min insan iştirak edib. İkinci yerdə "ucuz" və ya "təhlükəsiz" mənasını verən "an”, üçüncü yerdə isə “qaku” və ya “raku” kimi oxunan, “yüngül, şən” mənasını verən heroqlifdir.

Qeyd edək ki, 2021-ci ildə "qızıl" mənasını verən "kin" heroqlifi ilin simvolu seçilmişdi. O, Yaponiya idmançılarının Tokio Yay Olimpiya Oyunlarında qazandıqları rekord sayda qızıl medalların şərəfinə seçilmişdi.

Mənbə: TASS