​Bakıda yeniyetmə qız yolka quraşdırarkən faciəvi şəkildə öldü - VİDEO

​Bakıda yeniyetmə qız yolka quraşdırarkən faciəvi şəkildə öldü -
11:55 12.12.2022
242 Hadisə
A- A+

Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya quran zaman pəncərədən yıxılıb.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə təcili tibbi yardım çağırılıb. Ancaq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma aparılır.