“Biz hesab edirik ki, düzəlişlərə ehtiyac var. Axı həm BMT baş katibinin, həm də Türkiyə prezidentinin səylərinin ilkin məqsədi, bir daha deyirəm, ən kasıb ölkələrə kömək etmək olub”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
Onun sözlərinə görə, indi taxıl “ilk növbədə kifayət qədər inkişaf etmiş və varlı ölkələrə” verilir. O xatırladıb ki, dördtərəfli saziş ilk növbədə Asiya, Afrika və Latın Amerikasının ən yoxsul ölkələri üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi şüarı altında əldə edilib.
Mənbə: RİA novosti