Yaponiyada atasının cansız cəsədini yaşadıqları evdə gizlədən 53 yaşlı şübhəli həbs edilib.
Məlumata əsasən, cinayətini etiraf edən Şoqo Kanayanın işsiz olduğu və 87 yaşlı atası Şigemi Kanayanın pensiyasını almağa davam etmək üçün vəziyyəti səlahiyyətlilərə bildirmədiyi öyrənilib.
Kanayanın atasının nə vaxt və necə öldüyünü açıqlamadığı bildirilib. Hadisə ilə bağlı araşdırma başladılıb.
Mənbə: Habertürk