Dekabrın 12-də Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev parkında ucaldılan abidəsi ziyarət olunub.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, Sarıyer bələdiyyəsinin, konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edən Baş konsul Nərminə Mustafayeva Ulu Öndər Heydər Əliyev irsi və onun başlatdığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan şanlı Qarabağ Zəfəri haqqında danışıb, Ümummilli Liderin Azərbaycanın yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən bəhs ediblər.
Anım tədbirində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri qoyulub.
Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.
Mənbə: APA