​Ukrayna səfiri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib

​Ukrayna səfiri ümumilli lider Heydər Əliyevin məzarını
15:00 12.12.2022
213 Siyasət
A- A+

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Bununla bağlı ukraynalı diplomat "Facebook" hesabında paylaşım edib.

"19 il əvvəl Azərbaycan xalqının ümummilli lideri - Azərbaycan Respublikasının dirçəlişində və möhkəmlənməsində, eləcə də Ukrayna ilə dostluq əlaqələrinin möhkəmlənməsində və genişlənməsində xidmətləri olan görkəmli dövlət xadimi Heydər Əliyev dünyasını dəyişmişdir! Əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi ideyalar və islahatlar Azərbaycana XXI əsrə güclü və müstəqil, çətin sınaqların və çağırışların öhdəsindən gəlməyə qadir dövlət kimi daxil olmağa, inamla irəliyə doğru addımlamağa imkan vermişdir!", ukraynalı diplomat paylaşımında qeyd edib.