“Ümumiyyətlə, Ermənistan tərəfi müharibədən sonra Azərbaycanın vediyi sülh təkliflərindən yayınır. Biz Cənubi Qafqaz uğrunda Qərbin xüsusilə, Vaşinqton, Brüssel və Moskvanın rəqabətin də şahidi oluruq. Bu tərəflər Azərbaycan və Ermənistan arasında vasitəçilik etməklə çalışır ki, Cənubi Qafqazda mövqelərini gücləndirsin”.
Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib:
“Bu proses də sülhə mane olur. Amma Ermənistan hakimiyyəti siyasi iradə göstərib Azərbaycanla sülh müqaviləsi bağlaya bilər. Ermənistan baş naziri manevr etməklə prosesi uzadır. Ermənistan bununla oyun oynayır və sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Bu da regionda yeni bir eslakasiyaya gətirib çıxara bilər. Eyni zamanda hazırda Ermənistanın da silahlandığının şahidi oluruq. Bu prosesdə Rusiya və İran xüsusilə maraqlıdır.
Təbii ki, əgər düşmən tərəf sülhü pozarsa, Azərbaycan Ermənistana ciddi təzyiqlər edə bilər. Azərbaycanın da əlində alternativlər var”.
Politoloq bildirib ki, rus sülhməramlılarının hazırkı fəaliyyəti seperatizmin inkişafına xidmət edir:
“Sülhməramlılar artıq öz missiyalarından kənar fəaliyyət göstərirlər. Onların fəaliyyəti etnik seperatizmin inkişafına, Azərbaycanın təhlükəsizliyini və suverənliyini pozmağa və ermənilərin silahlandırılmasına xidmət edir. Sülhməramlıların bu formada fəaliyyəti davam edəcəksə, Azərbaycan onların bölgədən çıxarılmasını mütləq şəkildə tələb edəcək. Çünki proses bu formada inkişaf edir”.
Fidan Ali / Sulh.info.az