​"Sülhməramlıların nəzarətində olan ərazidə yataqlarımızın monitorinqinə şərait yaradılmayıb" - ETSN

​
15:10 12.12.2022
219 Siyasət
A- A+

Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə yataqlarımızın monitorinqinə təəssüf ki, şərait yaradılmayıb.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, buna görə indi orda aktivistlər aksiya keçirir və etirazlarını bildirirlər.

"Əsas tələb yataqlarımızın istismarının dayandırılması, dəymiş zərərin qiymətləndirilməsinə şərait yaradılmasıdır.
Haqlı tələblərimiz yerinə yetirilənə qədər aksiyalar davam etdiriləcək", - o əlavə edib.