Alimlərin 1950-ci illərdən bəri arzuladığı karbonsuz enerji xəyalı gerçəkləşdi.
Livermordakı Lawrence Livermore Milli Laboratoriyasındakı Milli Alovlanma Müəssisəsində tədqiqatçılar qısa müddətdə öz-özünə davam edən birləşmə reaksiyasını alovlandıra biliblər.
Belə ki, komanda təcrübədə xərcləndiyindən daha çox enerji istehsal edə bilib. Yəni, ABŞ artıq nüvə sintezindən enerji mənbəyi kimi istifadə edə biləcək.
Bu inkişaf qlobal iqlim böhranının aradan qaldırılmasına dəstək verməklə yanaşı, dünyanın yoxsul bölgələrini ucuz enerji ilə təmin etmək üçün də yol aça bilər.
Enerji naziri Cennifer Qranholmun sabah media tədbirində füzyon təcrübəsinin nəticələrini açıqlayacağı gözlənilir.
Mənbə: Habertürk