​"Heydər Əliyev müasir Qırğızıstan-Azərbaycan əlaqələrinin təməlini qoyub" - Səfir

​
17:45 12.12.2022
257 Siyasət
A- A+

Dünya miqyaslı görkəmli şəxsiyyət Heydər Əlirza oğlu Əliyev Qırğızıstanla Azərbaycan arasında müasir ölkələrarası əlaqələrin təməlini qoyub.

Bunu APA-ya açıqlamasında Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev deyib.

“Qırğız xalqı Heydər Əliyevin xatirəsini ehtiramla yad edir və xalqlarımız arasında çoxəsrlik dostluğun daha da möhkəmləndirilməsi üçün tarixi xidmətlərini yüksək qiymətləndirir”, - diplomat qeyd edib.