Şimali Koreya bölgədə gərginliyi artırmağa başlayıb.
Belə ki, Pxenyan administrasiyasının nüvə silahı və ballistik raket proqramını dəstəkləyən 8 nəfər və daha 4 təşkilat sanksiya siyahısına əlavə edilib.
Son qərarla Şimali Koreyanın silah proqramına görə AB-nin müstəqil şəkildə sanksiya tətbiq etdiyi şəxslərin sayı 73-ə, təşkilatların sayı isə 17-yə yüksəlib.
Məlumat üçün qeyd edək ki, ötən ilin aprelində müstəqil sanksiyalar siyahısını yeniləyən Aİ öz sanksiyaları ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq 80 şəxs və 75 təşkilata da sanksiya tətbiq edib.
Mənbə: Tgrt haber