​Bu ölkədə azyaşlıların siqaret çəkməsi məhdudlaşdırılacaq

​Bu ölkədə azyaşlıların siqaret çəkməsi
14:28 13.12.2022
274 Dünya
A- A+

Yeni Zelandiya 14 və aşağı yaş qrupunun siqaret almasını tamamilə qadağan edən qanun qəbul edib.

Məlumata əsasən, Yeni Zelandiya Səhiyyə Nazirinin müavini Ayesha Verrall parlament iclasında hökumətin “Siqaret çəkməyə qarşı 2025 Fəaliyyət Planı”nı işə saldığını açıqlayıb.

"Siqaret çəkmə nisbətləri düzgün istiqamətdə hərəkət edərkən, hədəfimizə çatmaq üçün daha çox və sürətli işlər görməliyik", - deyə bildirib.

Verrall, "Biz gənclərin heç vaxt siqaret çəkməməsini təmin etmək istəyirik. Qanunun qüvvəyə minməsi ilə 14 yaşı olanlar heç vaxt qanuni olaraq tütün ala bilməyəcəklər”. Belə ki, yeni sistemlə 2009-cu il yanvarın 1-də və ondan sonra doğulanlara heç vaxt siqaret satılmayacaq. Siqaretlərin bazar və supermarketlərdən yığışdırılması üçün siqaret satılan yerlərin sayı məhdudlaşdırılacaq və siqaret satan müəssisələrin sayı azaldılacaq.

Mənbə: Trt haber