​Başgicəllənməsi bu xəstəliyin xəbərçisi ola bilər

​Başgicəllənməsi bu xəstəliyin xəbərçisi
14:58 13.12.2022
A- A+

Başgicəllənmə gündəlik həyatda ümumi bir problemdir. Mütəxəssislər bunun xəstəlikdən daha çox simptom olduğunu vurğulayırlar. Bəzən infeksiya, bəzən isə ani hərəkət nəticəsində inkişaf edir.

Mütəxəssislərin fikrinə görə, çox vaxt diqqətdən kənarda qalan başgicəllənmə ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Prof. Dr. Xədicə Karataş Qulaq Burun Boğaz Poliklinikasına başgicəllənmə şikayəti ilə bir çox xəstənin müraciət etdiyini və müraciət edənlərin bir qisminə vertigo xəstəliyi diaqnozu qoyulduğu bildirib.

Vertigo daha çox 40-60 yaş qrupunda müşahidə olunur. Vertigo hərəkət halüsinasiyası kimi qəbul edilən başgicəllənmə növüdür, "qulaqdakı kristalların yerdəyişməsi" kimi tanınır. Başgicəllənmə xəstələrin yüzdə 30-da ilk altı ayda, yüzdə 50-də isə bir il ərzində təkrarlana bilər.

Mənbə: Trt haber