​Azərbaycanda ŞOK HADİSƏ! - Qadının evinə qumbara atıldı

​Azərbaycanda ŞOK HADİSƏ! - Qadının evinə
15:20 13.12.2022
185 Hadisə
A- A+

Dekabrın 12-də Quba sakini olan qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.

Quba RPŞ tərəfindən tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb.

Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: Qafqazinfo