​Bakıda evdən 15 000 manatlıq qızıl oğurlandı

​Bakıda evdən 15 000 manatlıq
15:30 13.12.2022
208 Hadisə
A- A+

Bakıda evdən 15 000 manatlıq qızıl oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 5-dən 6-na keçən gecə paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elçin Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.