​“Twitter” ABŞ-dakı ofisindəki bəzi əşyaları hərraca çıxarmağa hazırlaşır

​“Twitter” ABŞ-dakı ofisindəki bəzi əşyaları hərraca çıxarmağa
15:48 13.12.2022
255 Dünya
A- A+

“Twitter”, ABŞ-ın San-Fransisko şəhərindəki qərargahındakı ofisində bəzi əşyaları hərraca çıxarmağa hazırlaşır.

Heritage Global Partners vasitəsilə 17-18 yanvar 2023-cü il tarixlərində keçiriləcək hərracda ofisdəki artıq əşyalarla yanaşı, nəhəng "@" formasındakı çiçək qabı və “Twitter”in simvolu olan mavi quş heykəlləri də satışa çıxarılacaq.

Heritage nümayəndəsi Nik Dove verdiyi açıqlamada hərracın “Twitter”in maliyyə vəziyyəti ilə bağlı olmadığını bildirib.

Mənbə: CNN türk