​Minlərlə ukraynalı Çexiyadakı silah fabriklərində çalışacaq

​Minlərlə ukraynalı Çexiyadakı silah fabriklərində
16:18 13.12.2022
248 Dünya
A- A+

“Ukraynalı silah mütəxəssisləri Çexiyadakı silah fabriklərində birgə layihələrə cəlb olunacaqlar”.

Bu barədə Çexiya müdafiə nazirinin müavini Tomas Kopecnı açıqlama verib.

Kopeçnı iki ölkənin baş nazirlərinin oktyabrda imzaladığı razılaşmaya uyğun olaraq, Praqa və Kiyevin silahların birgə istehsalı üçün əməkdaşlıq edəcəkləri, buna görə də minlərlə ukraynalı silah mütəxəssisinin Çexiya fabriklərində çalışacağı barədə məlumat paylaşıb.

Kopecnı əməkdaşlıqla hər iki ölkənin silah potensialının artırılmasının hədəfləndiyini, ukraynalı mütəxəssislərə daha təhlükəsiz mühitdə işləmək imkanı təklif ediləcəyini bildirib.

Mənbə: Trt haber