Polşada yolka paltarı geyinmiş şəxs bir çox avtomobilin təkərlərini kəsib.
Məlumata əsasən, hadisə ölkənin şimal-qərbindəki Varzimiçe kəndindəki ət anbarında baş verib.
“Madar” şirkətinin sahibi Mateusz Vatral bildirib ki, hücum edən şəxs əvvəlcə obyekti gəzib, daha sonra özünü ağaclardan yığdığı budaqlarla yolka ağacına bənzədib. Daha sonra saat 1:00 radələrində obyektin ətrafındakı 21 avtomobilin təkərlərini kəsib.
Şirkət rəsmilərinin sözlərinə görə, hücum edən şəxs obyektdəki təhlükəsizlik kameralarından xəbərdar olub, ona görə də o, qeyri-adi maska geyinib. Müəssisədə qan izlərinin tapılması təcavüzkarın özünə xəsarət yetirdiyini ehtimal edir.
Zərərin maddi dəyərinin 50-60 min zlotiyə çatdığı bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: Milliyet