​"Volkov gec, ya tez insanlarımızın önünə çıxmağa məcbur qalacaq" - Hərbi ekspert

​
11:33 14.12.2022
344 Hərbi
A- A+

“Şuşa-Xankəndi yolu Andrey Volkov ictimaiyyət önünə çıxıb baş verən hadisələrə münasibət bildirənə qədər davam edəcək. Biz vətəndaşlarımızın günlərlə şaxtada açıq havada qalmasını, sağlamlığına zərər gəlməsini arzulamırıq”.

Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib:

“Volkovun bu fəaliyyətləri, üç gün ərzində insanlara açıqlama verilməməsi Azərbaycana qarşı hörmətsizlik kimi dəyərləndirilir. Volkov gec, ya tez insanlarımızın önünə çıxmağa məcbur qalacaq. Əks halda aksiya davam edəcək. Vacibli məqamlardan biri də odur ki, Volkovun insanların qarşısına çıxmaması və əvəzində sərxoş halda olan müavinini göndərməsi təəssüf doğurur. Ehtimal ki, Volkov Azərbaycanın həmin ərazilərində yerləşən yataqlarda bizim tərəfin görməli olmadığı izlərin silinməsi ilə məşğuldur. Proses isə buna görə ləngiyir.

Volkovun vəzifəsi bitərəf, neytral qalmaqdan ibarət idi. Lakin o sülhməramlı funksiyanın iki təməl prinsipini artıq dəfələrlə pozub. Bu isə Azərbaycan tərəfindən qəbuledilməzdir. Volkov Azərbaycan ərazilərindən qısa müddətdə çıxarılmalıdır. Sülhməramlı missiya isə hər altı aydan bir tam tərkibdə rotasiya olunmalıdır”.

Onun sözlərinə görə, Ermənistan və Rusiyanın hazırkı fəaliyyətləri Azərbaycana da öz öhdəlikləri yerinə yetirməmək üçün şans yaradır:

“Əgər Ermənistan və Rusiya  birgə bəyənatın üzərinə götürdükləri öhdəliklərini yerinə yetirmirsə, Azərbaycan da bu öhdəlikləri yerinə yetirməmək kimi şans əldə edir. Bu isə vəziyyəti 9 noyabr 2020-ci ilə qaytara bilər. Təbii ki, arzuolunmaz haldır, amma başqa yolumuz yoxdur. Biz öz torpaqlarımıza girə bilmirik, amma bizdən başqa bütün millətlər həmin ərazilərə buraxılır. Belə olan halda Azərbaycan uzun müddət səbr edə bilməycək. Ermənistan tərəfi xatırlamalıdır ki, Azərbaycan əgər istəyərsə, həmin yataqları iki saat ərzində havadan desant endirməklə mühafizəsini təmin edə bilər. Amma biz bunun yumuşaq tərzdə həyata keçirilməsinin tərəfdarıyıq”.

Fidan Ali / Sulh.info.az