​Zelenskinin köməkçisi İlon Maskı ittiham etdi

​Zelenskinin köməkçisi İlon Maskı ittiham
12:38 14.12.2022
257 Dünya
A- A+

Ukrayna prezidenti Vladimir Zelenskinin baş müşaviri Mixail Podolyak “Twitter”i ölkədə davam edən münaqişə ilə bağlı məlumatları gizlətməkdə ittiham edib.

Mixail Podolyak bildirib ki, Ukraynadakı müharibə “Twitter” trendlərindən itib. Rusiyanın təcavüzündən bəhs edən tvitlər kəskin şəkildə azalır. Eyni zamanda istifadəçilərə Ukrayna telefon nömrəsi ilə qeydiyyatdan keçmək və ya hesaba daxil olmaq qadağan edilib.

Sosial media nəhəngi hələlik mövzu ilə bağlı hər hansı açıqlama verməyib.

Mənbə: Trt haber