Məşhur milyarder İlon Mask elektrikli avtomobil şirkəti “Tesla”nın səhmlərinin kəskin ucuzlaşmasından sonra dünyanın ən zəngin adamı titulunu itirib.
Forbesin məlumatına görə, lüks brendlərin yer aldığı “LVMH”nin baş direktoru Bernard Arnault Maskı ən zəngin insanlar siyahısından çıxarıb.
Məlumata əsasən, Maskın cari aktivləri 178 milyard dollar, Arnaultunki isə təxminən 188 milyard dollardır.
Mask səhmləri ucuzlaşan “Tesla”nın CEO-su və 14 faizlik payla ən böyük səhmdarıdır.
Mənbə: Trt haber