​Bakıda bir marşrut xətti üzrə avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

​Bakıda bir marşrut xətti üzrə avtobusların hərəkət sxemi
15:40 14.12.2022
270 Hadisə
A- A+

Sabah Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliyin səbəbi paytaxtın Binəqədi rayonu ərazisində - “Baksol” yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətin tətbiq edilməsidir.

Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətti üzrə avtobusların hərəkəti “Azadlıq prospekti” metro stansiyası - “Baksol” yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində təşkil ediləcək.