​Bu ilin 10 ayında olan nikah və boşanmaların sayı açıqlanıb

​Bu ilin 10 ayında olan nikah və boşanmaların sayı
16:20 14.12.2022
247 Sosial
A- A+

2022-ci ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51870 nikaha daxilolma və 13139 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.