“Rusiya prezidenti Vladimir Putinin heç bir planı baş tutmadı”.
Bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Putin inanır ki, qoşunları Ukraynanı bir neçə gün ərzində alacaq, biz və Avropadakı demokratik Qərb Ukraynaya təsirli kömək edəcək qədər parçalanmışıq və qaz klapanlarını bağlamaqla Avropanı quruda bilər. Amma Putinin planlarının heç biri baş tutmur", - deyə bildirib.
Şolts ehtiyac olduqca Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirib.
Mənbə: Trt haber