​Sumqayıtda binadan şəhid şəkli olan lövhə oğurlanıb

​Sumqayıtda binadan şəhid şəkli olan lövhə
10:30 15.12.2022
248 Hadisə
A- A+

Noyabrın 29-na keçən gecə Sumqayıt şəhəri 1-ci mikrorayondakı binaların birində şəhid şəkli olan lövhənin qeyri-aşkar şəraitdə sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Emin Abdullayev və Abşeron rayon sakini Rövşən Qasımov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.