​Ağdaş sakini sirkə turşusu içərək ölüb

​Ağdaş sakini sirkə turşusu içərək
14:45 15.12.2022
215 Hadisə
A- A+

Ağdaş rayonunda 62 yaşlı kişi sirkə turşusu içərək ölüb.

Hadisə dekabrın 14-də Ağdaş şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1960-cı il təvəllüdlü Elbrus Cəbrayılov sirkə turşusu içib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report