Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Baş nazir Əli Əsədovla görüşünün detallarını açıqlayıb.
"Twitter" hesabında paylaşım edən İ. Qaribaşvili tərəflərin məhsuldar söhbət apardığını qeyd edib.
"Baş nazir Əli Əsədovla iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində məhsuldar söhbət apardıq. Regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının gücləndirilməsinin perspektivlərinə dair məsələləri müzakirə etdik ", - deyə paylaşımda qeyd olunub.