​Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

​Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı
16:34 15.12.2022
388 Sosial
A- A+

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 276 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 97, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 119, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 27 nəfərdir.