​Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi

​Müdafiə Nazirliyi vətəndaşlara
16:05 16.12.2022
238 Ölkə
A- A+

"Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 16.12.2022-ci il tarixdən 18.12.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.