Bakıda üç nəfərin bıçaqlanması və bir nəfərin ölümü ilə bağlı cinayət işi açılıb.
Sulh.info.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilibib ki, dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-ci il təvəllüdlü Nemət Həsənovun öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırda iş üzrə istintaq davam edir.
***
Saat 07:18
Bakının Xətai rayonunda qətl hadisəsi qeydə alınıb.
DİN mətbuat xidmətindən bildirilib ki dekabrın 19-da saat 1 radələrində Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.