​Azərbaycanda kino çəkilişi və satışı ƏDV-dən azad edilə bilər

​Azərbaycanda kino çəkilişi və satışı ƏDV-dən
11:05 19.12.2022
A- A+

Azərbaycanda kino çəkilişi və satışı prosesində filmlərin ƏDV-dən azad olunması təklif olunub.

Bu barədə YARAT mərkəzində "Kino və Biznes: Körpülər" mövzusunda müzakirələrdə bildirilib.

Qeyd olunub ki, təklif mədəniyyət naziri Anar Kərimova və nazirliyin Audiovizual və İnteraktiv Media şöbəsinə təqdim edilib. Təklifdə kino sahəsinin inkişafı məqsədilə filmlərin çəkilişinin və satışının 5-10 il müddətinə ƏDV-dən azad edilməsi fikri irəli sürülüb.

Mədəniyyət Nazirliyinin tədbirdə iştirak edən Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri Rüfət Həsənov nazirliyin təklifi dəstəkləyə biləcəyini vurğulayıb.