​Maskalı şəxslər qadını döyüb qızıllarını apardılar

​Maskalı şəxslər qadını döyüb qızıllarını
11:50 19.12.2022
228 Hadisə
A- A+

Ağstafa rayonunda quldurluq hadisəsi baş verib.

Hadisə dekabrın 18-də saat 02 radələrində baş verib.

İki nəfər naməlum şəxs Ağstafa şəhəri, N.Nərimanov küçəsi 9 ünvanındakı mənzilin qapısını sındıraraq içəri daxil olublar.

Onlar evdə tək olan Sahibə Ələkbərovanı hədələyərək və fiziki zor tətbiq edərək ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Maskalı şəxslər daha sonra ərazidən uzaqlaşıblar.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə iş açılıb.

Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Mənbə: Qafqazinfo