​Zakir Həsənov Türkiyəyə səfər edəcək

​Zakir Həsənov Türkiyəyə
14:45 19.12.2022
233 Siyasət
A- A+

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək.

Səfər dekabrın 21-də baş tutacaq.

Məlumata görə, nazir Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək.

Qeyd edək ki, görüş Türkiyənin Kayseri şəhərində baş tutacaq.