​Sosial təhsil krediti veriləcək tələbələrin əhatə dairəsi genişləndirilib

​Sosial təhsil krediti veriləcək tələbələrin əhatə dairəsi
10:45 20.12.2022
228 Sosial
A- A+

Təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial təhsil tələbə kreditindən istifadə etmək hüququna malik olan tələbələrin əhatə dairəsi genişlənib.

Bu barədə Nazirlər Kabinetinin "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"na dəyişiklikdə əksini tapıb.

Bu sıraya ailə başçısını itirməyə görə əmək pensiyası alanlar və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər daxil edilib.