​“Avatar: Suyun Yolu” filminə baxan adam infarktdan öldü

​“Avatar: Suyun Yolu” filminə baxan adam
11:30 20.12.2022
300 Dünya
A- A+

Hindistanda bir kişi “Avatar: Suyun Yolu” filminə baxarkən infarktdan dünyasını dəyişib.

Bu barədə NME xəbər yayıb.

Bildirilir ki, Lakşmireddi Srinu kinoteatrda nümayiş zamanı huşunu itirib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər adamın filmə baxarkən narahat olduğunu irəli sürüblər. Ölümündən bir qədər əvvəl onun koronavirusa yoluxduğu məlum olub.

Mənbə: BAKU.WS