​Azərbaycanda 3 yaşlı uşaq anasının sırğasını uddu

​Azərbaycanda 3 yaşlı uşaq anasının sırğasını
15:05 20.12.2022
276 Hadisə
A- A+

Şəkidə üç yaşlı uşaq anasının sırğasını udub.

Hadisə ötən gün axşam saatlarında baş verib.

Şəhər sakini 2019-cu il təvəllüdlü Fərrux Fərruxlu yad cisim udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo