​Piyadanı vurub qaçan taksi sürücüsü saxlanıldı

​Piyadanı vurub qaçan taksi sürücüsü
15:20 20.12.2022
247 Hadisə
A- A+

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dekabrın 14-də saat 5 radələrində Nəsimi rayonu ərazisində yolu keçən Qazax rayon sakini R.Osmanovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla yol-nəqliyyat hadisəsinin taksi fəaliyyəti göstərən “Toyota Prius” markalı avtomobillə törədilməsi müəyyən olunub.

Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Mərdanlı saxlanılıb. Araşdırma aparılır.