Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xankəndi-Laçın yolunun “blokadası” və Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin sayı barədə yalan məlumatlar yaymağa davam edir.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
“Sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür”, - o qeyd edib.