​"Iphone 15" üçün yeni iddia - Qiyməti dodaq uçuqladan olacaq! - FOTO

​
16:45 20.12.2022
375 Maraqlı
A- A+

Hər il yeni modeli ilə texnologiyasevərlərin qarşısına çıxan Apple üçün yeni iddia ortaya atılıb.

iPhone 15-in xüsusiyyətləri və qiymətinin bazara sızdığı bildirilir.

İddialara görə, yeni modeldə telefonların korpusu titandan olacaq. Bundan başqa, yeni model üçün iOS 17 versiyası da gətiriləcək.

2023-cü ilin sentyabr ayında satışa çıxarılacaq İphone 15 üçün iddia edilən rəqəmlər belədir:

iPhone 15: 799 dollar (1360 manat)

iPhone 15 Plus: 999 dollar (1700 manat)

iPhone 15 Pro: 1099 dollar (1870 manat)

iPhone 15 Ultra: 1299 dollar (2010 manat)

iPhone 15 Ultra 1TB yaddaş: 1799 dollar (3060 manat)

Bu qiymətlərin ABŞ-də keçərli olacağı təxmin edilir.

Mənbə: BAKU.WS