​Göygöldə mənzildən meyit tapılıb

​Göygöldə mənzildən
10:45 21.12.2022
233 Hadisə
A- A+

Göygöl rayonunda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının xəbərinə görə, Göygöl şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.