​Şəkidə 10 yaşlı uşağı avtomobil vurdu

​Şəkidə 10 yaşlı uşağı
11:30 21.12.2022
262 Hadisə
A- A+

Şəkinin Dəhnə kəndində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolu keçən 2012-ci il təvəllüdlü Əhmədov Cəlil Cəmil oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.