​Gələn il 700 tibbi xidmətin xidmətlər zərfinə əlavə edilməsi gözlənilir

​Gələn il 700 tibbi xidmətin xidmətlər zərfinə əlavə edilməsi
16:15 21.12.2022
252 Sosial
A- A+

"Hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2550 xidmət daxildir".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib.

O qeyd edib ki, növbəti il 700 tibbi xidmətin xidmətlər zərfinə əlavə edilməsi gözlənilir: "Bu xidmətlərə travmatoloji, kardioloji, transplantasiya əməliyyatlarının da daxil olması nəzərdə tutulur".